Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya ilə birgə hazırlanmış sülh təşəbbüslərinin həyata keçiriləcəyinə ümid etdiyini bildirib. Bu barədə “ТАСС” bildirdi.
"Bu regionu sözün əsl mənasında düyün regionu adlandırmaq olar, Ermənistan və Azərbaycanın Rusiya ilə birlikdə inkişaf etdirdiyi sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümidin olduğu daha bir region", - Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq adlandırıb.
“Təəssüf ki, biz uzun illərdir ki, burada belə bir tendensiya müşahidə edirik. İndi Qərb daha da fəallaşıblar”, – deyə rusiyalı diplomat əlavə edib.
O vurğuladı ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur və Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır.