Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Görüş Yeni Dehlidə keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub.
Xatırladaq ki, Rusiya XİN rəhbəri 1-2 mart 2023-cü il tarixlərində Yeni Dehlidə keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Hindistanda səfərdədir.