ER “Mülki müqavilə” fraksiyasının deputatı Emma Palyan Ermənistanın baş naziri Nikol Paşinyana Azərbaycan və ya ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən sülh müqaviləsi ilə bağlı təkliflərimizə cavab olub-olmadığını soruşub.
Nikol Paşinyan qeyd edib ki, hələlik belə bir cavab yoxdur.
“Oxşar sənədi alanda reaksiyanın formalaşması müəyyən vaxt tələb edir və güman edirəm ki, müəyyən müddətdən sonra hansısa reaksiya olacaq, amma onu da demək istəyirəm ki, bu müddət ərzində sülh müqaviləsi haqqında üç iş mərhələsi olub: təklif etdilər, biz cavab verdik, belə 3 dəfə və biz o istiqamətdə işi davam etdirməliyik.
Üstəlik, vurğulamaq istəyirəm ki, üzbəüz görüşlərdən asılı olmayaraq, bu işlər də həyata keçirilir, yəni sənədləşmə işləri aparılır və bu işlər heç də həmişə üzbəüz görüş tələb etmir. Bu yaxınlarda, məsələn, biz Azərbaycan tərəfinə sərhəd demarkasiyası komissiyalarının işi haqqında əsasnamə layihəsini də göndərmişik və onun da cavabını gözləyirik, kommunikasiyaların açılması, sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı keçmişdə verdiyimiz təkliflər isə qüvvədə qalır”, - deyə baş nazir bildirib.