BMT baş katibi Antonio Quterreş 6 il aradan sonra ilk dəfə İraqa səfər edib.
O, ölkə paytaxtı Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb. O, görüşdən sonra jurnalistlərə açıqlamasında iraqlıların siyasi və təhlükəsizlik baxımından bütün çətinlikləri aşacaqlarını vurğulayıb.
A.Quterreşin İraq Prezidenti Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani və hökumətin başqa üzvləri ilə görüşləri də nəzərdə tutulub.