Azərbaycan fevralın 28-də saat 16:55-də və martın 1-də saat 14:00-da Artsax Respublikasının Martuni rayonunda kənd təsərrüfatı işləri aparan vətəndaşlar istiqamətində atəş açıb.
Bu haqda Artsax Daxili İşlər Nazirliyinin polisi məlumat yayıb.
“Fevralın 28-də saat 16:55 radələrində Martuni rayonunun Myurişen kəndinin 53 yaşlı sakini A. Avanesyan Berdaşen kəndinin “Asfalten tak” adlanan ərazisində “Jonder” markalı traktorla kənd təsərrüfatı işləri aparırkən, traktora qarşı tərəfin döyüş mövqelərindən müxtəlif çaplı atıcı silahlardan atəş açılıb, nəticədə kənd təsərrüfatı işləri dayandırılıb.
Azərbaycan bu gün də atəşkəs rejimini pozub.
Martın 1-də saat 14:00 radələrində Berdaşen kəndinin 59 yaşlı sakini S. Vardanyan özünə məxsus “Belarus” markalı traktoru ilə “Davala” adlanan ərazidə kənd təsərrüfatı işləri aparırkən, Azərbaycan ordusunun mövqelərindən traktora atəş açılıb və bu da kənd təsərrüfatı işlərinin dayanmasına səbəb olub”,- məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, polis bu insidentlərlə bağlı materiallar hazırlayaraq, Rusiya sülhməramlı qoşunlarına təqdim edib.