Fevralın 27-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cenevrədə BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.
Ararat Mirzoyan həmsöhbətin diqqətini 2022-ci il sentyabr ayında Azərbaycan tərəfindən ER-nin suveren ərazisinə qarşı törədilən genişmiqyaslı təcavüzə və dekabr ayından Dağlıq Qarabağın qanunsuz blokadası nəticəsində regionda yaranmış vəziyyətə yönəldib.
Bu kontekstdə Ararat Mirzoyan BMT-nin müvafiq qurumlarının vəziyyəti yerində qiymətləndirməsinin və fəal şəkildə məşğul olmasının vacibliyini vurğulayıb.
Hər iki tərəf Beynəlxalq Ədalət Məhkəməsinin fövqəladə tədbirlərin tətbiqi ilə bağlı 22 fevral qərarının əhəmiyyətini qeyd edib.
Görüş zamanı həmsöhbətlər regional sabitlik və sülhlə bağlı məsələlərə də toxunublar.