Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
"Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir", - Azərbaycan prezidenti qeyd edib.