Türkiyədə keçirilən futbol oyunlarından birində azarkeşlər zəlzələdən zərər çəkən uşaqlar üçün olduğunu deyərək meydançaya oyuncaqlar atıblar. Sonra siyasi şüarlar səsləndirilib, onlar hökumətin istefasını tələb ediblər.
Fevralın 26-da İstanbulda da hökumət əleyhinə etiraz aksiyalar keçirilib. Aksiya iştirakçıları zəlzələ ilə bağlı səlahiyyətlilərin reaksiyasının operativ olmamasından şikayət ediblər.