Laçın dəhlizinin iş rejimi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olmalıdır ki, bu da yalnız mülki və humanitar yüklər və mülki şəxslər üçün sərbəst hərəkətin təmin edilməsi zərurəti deməkdir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Lavrovun sözlərinə görə, Rusiya tərəfi ilk növbədə Rusiya sülhməramlı kontinqentinin vasitəsilə öz təmaslarında buna nail olmağa çalışır.
“Bu sənəd heç bir keçid məntəqəsinin yaradılmasını nəzərdə tutmur, lakin texniki vasitələrlə dəhlizin həqiqətən də təyinatına uyğun istifadə olunması ilə bağlı mövcud şübhələri aradan qaldırmaq olar”, - deyə Rusiya XİN rəhbəri əlavə edib.