Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib ki, tərəflər Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokdan açılması üzrə danışıqlar prosesini müzakirə ediblər.
“Rusiya ümid edir ki, Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli işçi qrupunun həmsədrləri tezliklə Azərbaycan ilə Naxicevan arasında nəqliyyat əlaqələrinin bərpası ilə bağlı razılığa gələ biləcək. Biz Rusiya Federasiyasının məsləhət dəstəyi verəcəyi anlayışı ilə yaradılmış Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası komissiyasının işinin aktivləşdirilməsinin vacibliyini vurğuladıq. Biz həmçinin Bakı ilə Yerevan arasında sülh müqaviləsinin bağlanmasını dəstəkləməyə hazırıq”, - deyə Lavrov bildirib. O, həmçinin əlavə edib ki, Azərbaycan tərəfi bu istiqamətində nizamlama səylərinin davam etdirilməsini necə gördükləri barədə məlumat verib.