Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Sumgayitda ermənilər qarşı soyqırımın 35-ci ildönümü ilə bağlı bəyanat yaydı.
Bəayantda qeyd olunur ki, 35 il əvvəl, 1988-ci ildə fevralın 27-29-da Azərbaycan hakimiyyətinin cinayətkar hərəkətsizliyi nəticəsində Sumqayit şəhərində ermənilərə qarşı kütləvi qırğınlat baş vermiş, nəticədə yüzlərlə erməni, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olmuş, minlərlə insan məcburi köçkün olub.
Azərbaycan hakimiyyətinin əvvəlcədən planlaşdırdığı soyqırımlar Dağlıq Qarabağ xalqının öz tarixi vətənində ləyaqətlə yaşamaq və sülh yaratmaq uğrunda apardığı sivil mübarizəni vəhşicəsinə yatırmaq məqsədilə həyata keçirilib.
Milli kimlik zəminində törədilən bu kütləvi cinayət beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Avropa Parlamenti tərəfindən müvafiq qətnamələrin qəbulu ilə pisləndi.
Lakin cinayətin əsl təşkilatçıları və icraçıları nəinki məsuliyyəti öz üzərlərinə götürmədilər, hətta cəzasızlıq və səbirsizlikdən ruhlanaraq ermənilərə qarşl nifrətinin və dözümsüzlüyünün yeni dalğasını qaldırdılar, Bakıda, Kirovabadda və s. Azərbaycandan ermənilərin məskunlaşdığı ərazilərdə yeni qırğınlar törədiblər.
Bu qanlı hadisələr nəticəsində yüz minlərlə erməni tez bir zamanda evlərini tərk etməli oldu və bu illər ərzində heç vaxt pozulmuş hüquqlarını həyata keçirmək imkanı olmadı.
Sonrakı hadisələr göstərdi ki, Azərbaycan hakimiyyətinin yuxarıda qeyd etdiyimiz cinayətləri ayrı-ayrı epizodlar deyil, dövlət tərəfindən planlaşdırılmış ermənilərə qarşı nifrətinin bariz nümunələridir və bunun nəticəsində Şahumyan, Getaşen, sonra isə 44 günlük müharibənin nəticəsi, həmçinin Hadrut, Şuşi və ətraf rayonlardan minlərlə ermənini didərgin salmağa məcbur edib.
Sumqayıt cinayətindən 35 il sonra, təxminən 80 gündür ki, Azərbaycan Laçin dəhlizini qanunsuz olaraq blokadaya alıb və bu əməliyyatın məqsədi Dağlıq Qarabağda qalan 120 min ermənini də deportasiya etməkdir.
Beləliklə, Azərbaycan Artsax ermənilərini etnik təmizləməyə məruz qoymaq vasitəsilə Dağlıq Qarabağın əhalisinin boşaldılması siyasətini davam etdirir.Bunun qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin birbaşa pislənməsi və müvafiq beynəlxalq mexanizmlərdən istifadə etməsi çox əhəmiyyətlidir.
Azərbaycan bu gün də beynəlxalq məhkəmələrin qərarlarına məhəl qoymayaraq, nəzarəti altında olan ərazilərdə erməni izini silmək məqsədi ilə açıq şəkildə erməni tarixi-mədəni abidələrini, kilsəslərini dağıdıb, murdarlayır və vandalizasiya etməkdə davam edir.
Eyni zamanda, ermənilərə qarşı nifrət təbliğatı ən yüksək səviyyədə davam edir.
Bu gün Sumqayıtda və digər yaşayış məntəqələrində erməni qırğınlarının günahsız qurbanlarının xatirəsini ehtiramla yad edərək bir daha vurğulayırıq ki, Ermənistan tərəfinin regionda sabitlik və sülh yaratmaq səylərinə cavab olaraq Azərbaycanın ermənilərə qarşı ritorikası və aqressiv hərəkətlər qəbuledilməzdir”,