Türkiyədə zəlzələlərdə dağılan binalara görə məsuliyyət daşıyan 188 nəfəri həbs edilib. Onlar əsasən inşaatçılar və podratçılardır.
“Hürriyet” xəbər verir ki, daha əvvəl çökmüş və ya qismən zədələnmiş obyektlərlə bağlı aparılan araşdırmalardan sonra 626 şübhəlinin şəxsiyyəti müəyyən edilib.
“188 şübhəli həbs olunsa da, 218-i sərbəst buraxılıb”, - nəşr yazır.