ER Parlamentiin sədr müavini Ruben Rubinyan fevralın 27-də ABŞ-ın Ermənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Kvini qəbul edib.
Ruben Rubinyan bu vəzifəyə başlaması münasibətilə təbrik edərək, Kristina Kvin öz fəaliyyəti ilə erməni-amerikan əməkdaşlığının dərinləşməsinə töhfə verəcəyinə inandığını bildirib.
Görüşdə ikitərəfli tərəfdaşlıq və dostluq münasibətləri ilə bağlı məsələlər müzakirə olunub. Qeyd olunub ki, Ermənistan-Amerika münasibətlərində parlamentlərarası əməkdaşlıq formatı vacib yer tutur.
Regiondakı vəziyyəti təqdim edən Ruben Rubinyan Laçın dəhlizinin Azərbaycan tərəfindən qanunsuz olaraq bağlanmasının dərhal dayandırılması və Azərbaycanın təcavüzkar siyasətinin cilovlanmasının vacibliyindən danışıb.
Səfir Ermənistan-Amerika əməkdaşlığının dərinləşməsini və regionda sülhün bərqərar olmasını yüksək qiymətləndirib.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparılıb.