ABŞ-ın Ermənistandakı səfirliyi “Lurer”in sorğusuna cavab olaraq, BMT-nin Beynəlxalq Məhkəməsinin Laçın dəhlizi məsələsi ilə bağlı qərarı ilə bağlı mövqeyini açıqlayıb.
“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı beynəlxalq ictimaiyyətin ümumi mövqeyini bir daha təsdiqlədi ki, Laçın dəhlizi şəxsi və kommersiya nəqliyyatı üçün tam açıq olmalıdır.
Dövlət katibi Blinken bunu fevralın 18-də Münhendə prezident Əliyevlə görüşdə də bilavasitə bildirib”, - səfirlik qeyd edib.