ER Baş naziri Nikol Paşinyan Lüksemburqun Deputatlar Palatası Bürosunun sədr müavini, Parlamentin spikerinin müavini Cuna Bernardın başçılıq etdiyi nümayəndəliyini qəbul edib.
Baş nazir Ermənistan-Lüksemburq münasibətlərinin davamlı inkişafını vurğulayıb və məmnunluqla qeyd edib ki, ikitərəfli siyasi əməkdaşlıq yüksək səviyyədədir.
Eyni zamanda Nikol Paşinyan iki ölkə arasında iqtisadi əməkdaşlığının inkişafı və bu istiqamətdə müvafiq addımların atılmasının vacibliyni vurğulayıb. Baş nazir beynəlxalq platformalarda da daxil olmaqla, parlamentlərarası əməkdaşlığın vacibliyni qeyd edib.
Görüşdə Cənubi Qafqaz bölgəsində baş verən proseslərə, Azərbaycan tərəfindən Laçın dəhlizinin qeyri-qanuni bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrana toxunulub.
Hər iki tərəf beynəlxalq ictimaiyyətin davamlı və ardıcıl reaksiyasının vacibliyini qeyd edib.
Bu baxımdan Avropa Parlamenti tərəfindən Ermənistana qarşı Azərbaycanın təcavüzü və Laçın dəhlizinin bağlanması barədə qəbul edilmiş iki qətnamə və səsləndirilmiş qiymətləndirmələr vurğulanıb.
Ermənistanda demokratiyanın inkişafı və möhkəmləndirilməsi istiqamətində nəzərdə tutulan gələcək layihələr də müzakirə edilib.