“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi fevralın 27-də Azərbaycanda siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Yenilənmiş siyahıya görə Azərbaycanda hazırda 93 nəfər siyasi məhbus var.
Təşkilat siyasi məhbusları 7 qrupa bölüb.
1-ci qrupa - jurnalistlər və blogerlər (6 nəfər), 2-ci qrupa - müxalifət partiya və hərəkatlarının üzvləri (6 nəfər), 3-cü qrupa - Almaniyadan deportasiya olunan siyasi mühacirlər (5 nəfər), 4-cü qrupa - dindarlar (29 nəfər), 5-ci qrupa - Tərtər işi üzrə məhkum olunanlar (8 nəfər), 6-cı qrupa - Gəncə işi üzrə məhkumlar (26 nəfər), 7-ci qrupa - ömürlük azadlıqdan məhrum edilənlər (13 nəfər) daxildir.
Siyasi məhbusların yenilənmiş siyahısı hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.