ABŞ Prezidenti Co Bayden Suriya və Türkiyədə zəlzələdən zərər çəkmiş qaçqın və miqrantlara 50 milyon dollarlı yardım göndərmək qərarına gəlib.
Bu barədə Ağ Evin cümə günü yaydığı məlumatda deyilir.
Dövlət başçısı vurğulayıb ki, zəlzələlər nəticəsində qaçqın və miqrantların gözlənilməz təcili ehtiyaclarının ödənilməsi üçün fonddan 50 milyon ABŞ dollarından artıq olmayan məbləğdə yardımın göstərilməsini milli maraqlar baxımından acib hesab edir.