Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən həftə Münhendə liderlərin görüşlərindən sonra Ermənistan rəhbərliyi ilə yüksək səviyyəli məsləhətləşmələr aparmaq üçün Yerevandadır.
Toivo Klaarın ofisindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan rəhbərliyi ilə analoji yüksək səviyyəli məsləhətləşmələr aparmaq üçün xüsusi nümayəndənin Bakıya səfərinə hazırlıq gedir.
“Ümid edirik ki, yaxın gələcəkdə səfər baş tutacaq”, - qeyd olunub.