Avropa Birliyinin xarici siyasət xidmətinin mətbuat katibi BMT Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanat yayıb.
“Avropa Birliyi Laçin dəhlizində davam edən maneələrdən və bunun nəticəsində yerli mülki əhali üçün humanitar nəticələrdən narahatdır. Avropa Birliyi Azərbaycan hakimiyyətinə və bütün məsul şəxslərə 9 noyabr 2020-ci tarixli üçtərəfli bəyanatı üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Laçin dəhlizi ilə hərəkət azadlığı və təhlükəsizliyini təmin etməyə çağırışını təkrarlayır”,- bəyanatda qeyd olunur.
Spiker Piter Stano Dağlıq Qarabağ əhalisinin qaz, elektrik enerjisi və digər xidmətlərin fasiləsiz təminatının həyati vacibliyini də vurğulayıb.
"Avropa Birliyi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səyləri dəstəkləməkdə iştirak edir", - bəyanatda deyilir.