Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində Qahirənin danışıqlarda vasitəçi olmaq istəyini şərh edərkən bildirib.
Rusiyalı diplomatın sözlərinə görə, Yerevan və Bakı arasında vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməmək lazımdır.
O xatırladıb ki, Yerevan və Bakı arasında barışıq Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər komplekslərinə əsaslanır.