Laçın dəhlizində azərbaycanlı “ekoloqlar” adlanan şəxslərin etiraz aksiyası əslində mütəşəkkil hiylədir, məqsədi Dağlıq Qarabağı erməilərdən boşaltmaq, başqa sözlə, etnik təmizləmədir. Bu barədə Ermənistanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Varujan Nersesyan “Irish Times” qəzetində dərc olunan məqaləsində bildirib.
Səfir xatırladıb ki, Artsaxın blokadası 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozur. Bəyanatda deyilir ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində qalmalı, Azərbaycan isə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkətinə zəmanət verməlidir.
Bir çox ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya və Fransa, eləcə də Avropa Parlamenti Laçın dəhlizinin fəaliyyətini dərhal bərpa etməyə çağırıb. Digər ölkələr də humanitar böhranla bağlı qətnamələr qəbul ediblər. Səfirin fikrincə, bu təzyiq davam etdirilməlidir.
“Dünyaya aydın olmalıdır ki, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təminatı ilə bağlı məsələləri Bakı ilə Stepanakert arasında beynəlxalq dialoq mexanizminin yaradılması yolu ilə həll etmək olar”, - deyə Nersesyan yazıb.