Laçin dəhlizinin bağlanması Dağlıq Qarabağda yaşayan minlərlə etnik erməninin zəruri mal və xidmətlərə çıxışını pozub və humanitar böhrana səbəb olub. Bu barədə “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya departamentinin direktor müavini Giorgi Qoqia bildirdi.
O bildirdi ki, Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin yük maşınları Laçin dəhlizindən keçərək zəruri malları çatdıramasına baxmayaraq, Artsax əhalisinin bir çox ehtiyacları qarşılanmamış qalır.
Azərbaycan hakimiyyəti və Rusiya sülhməramlı qüvvələri “etiraz aksiyalarının” Dağlıq Qarabağ əhalisini öz hüquqlarından, o cümlədən səhiyyə, əsas xidmətlər və mallardan, eləcə də sərbəst hərəkət etmək hüquqlarından məhrum etməməsini təmin etməlidir.