Dəməşqdə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan bu gün Suriya Ərəb Respublikasının xarici işlər naziri Feysəl əl-Mikdad ilə görüşüb.
Ararat Mirzoyan fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar həmkarına və dost Suriya xalqına başsağlığı verib, Ermənistanın və erməni xalqının dəstəyini ifadə edib.
Xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli formatda Ermənistan-Suriya əməkdaşlığına dair məsələləri də müzakirə ediblər.
Tərəflər qeyd ediblər ki, iki ölkə arasında münasibətlər erməni və Suriya xalqlarının çoxəsrlik dostluğa əsaslanır. Bu baxımdan qeyd olunub ki, Suriyadakı erməni icması iki ölkə arasında unikal körpü roluna sahibdir.
Görüşün gündəliyinə regional təhlükəsizlik məsələləri də daxil olunub.
Ararat Mirzoyan Azərbaycanın Laçin dəhlizinin bağlanmasl nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranın təfərrüatlarını Faysal əl-Mikdada təqdim edib.