"Biz Yerevan ilə Bakı arasında dialoqu dəstəkləməkdə davam edirik".
Bu barədə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays brifinqində deyib.
"Blinken son bir neçə ay ərzində gördüklərimizi əks etdirirdi. Bu, tərəflər arasında qarşılıqlı anlaşmanın nəticəsidir. Bu, ABŞ-la ikitərəfli əməkdaşlığın, üçtərəfli əməkdaşlığın, Avropa İttifaqı (Aİ) diplomatiyasının da gördüyü işlərin nəticəsidir və tərəflərin yaxın günlərdə Brüsseldə Aİ Şurası prezidenti Şarl Mişelin ev sahibliyi etdiyi danışıqlarda bir araya gəlməsini görəcəyimizə ümid edirik. Beləliklə, bu tərəqqinin davamını görəcəyimizə ümidliyik. Biz bu dialoqu, bu diplomatiyanı hərtərəfli həll yolunda dəstəkləməyə davam edirik. Dediyimiz kimi, qeyd etdiyimiz əhəmiyyətli irəliləyişlər var. Tərəqqinin davam etdiyini görmək üçün əlimizdən gələni edəcəyik".