ER baş naziri Nikol Paşinyan ABŞ-ın ER-ə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Kvini qəbul edib.
Nikol Paşinyan ABŞ-ın ölkəmizdə həyata keçirilən institusional islahatlara göstərdiyi yardımın əhəmiyyətini qeyd edib və əlavə edib ki, demokratiyanın inkişafı və möhkəmlənməsi ER hökuməti üçün strateji əhəmiyyət kəsb edir.
Kristina Kvin səmimi qəbula görə təşəkkür edib və əlavə edib ki, o, erməni-amerikan qarşılıqlı fəaliyyət gündəliyinin səmərəli şəkildə irəliləyişinə nail olmaq üçün hər cür səy göstərəcək.
Bu kontekstdə səfir ER hökuməti ilə sıx əməkdaşlığı vurğulayıb. Eyni zamanda o, ABŞ administrasiyasının Ermənistanda islahatların həyata keçirilməsinə töhfə verməyə davam etməyə hazır olduğunu bildirib.
Həmsöhbətlər regionda baş verən proseslər, Azərbaycanın Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhran, Ermənistan-Türkiyə prosesi və digər məsələlərə də toxunublar.