Fevralın 21-də Azərbaycan silahlı qüvvələrinin bölmələri təmas xəttinin şimal və şərq istiqamətlərində odlu silahlardan da istifadə etməklə atəşkəs rejimini pozub.
Bu barədə Artsaxın Müdafiə Nazirliyi məlumat yayıb.
Erməni tərəfdən itki yoxdur.
Atəşkəsin pozulması barədə Rusiya sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib.
Hazırda təmas xəttində vəziyyət nisbətən sabitdir.
Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20 radələrində Müdafiə Ordusunun bölmələri tərəfindən Artsax Respublikasının Şuşi, Martuni və Karvaçar rayonlarının işğal olunmuş ərazilərində yerləşmiş Azərbaycan mövqeləri istiqamətində atəş açıldığı barədə yayılan məlumat dezinformasiyadır.