Lüksemburqun xarici işlər naziri Ermənistanda səfərdədir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Lüksemburqun xarici işlər naziri Jan Asselborn və onun erməni həmkarı Ararat Mirzoyan arasında təkbətək görüş keçirilib. Tərəflər arasında geniş tərkibli görüşün keçirilməsi də gözlənilir.