Avropa Parlamentinin deputatı Fransua Alfons Yerevanda Erməni Soyqırımı Memorialını ziyarət edib, daha sonra özünün Twitter mikrobloqunda erməni xalqını dəstəkləməyə çağırıb.
“Bu, Yerevanda Erməni Soyqırımı Memorialıdır. Bir əsr sonra Azərbaycan və Türkiyə Dağlıq Qarabağda etnik təmizləməyə hazırlaşır, ermənilər üçün həyati əhəmiyyət kəsb edən Laçin dəhlizini bağlayıb, qaz və elektrik enerjisini kəsiblər. Erməni xalqını dastaklayaq”,- deyə o yazdı.