ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün ABŞ-in Ermənistan Respublikasına yeni təyin olunmuş səfiri Kristina Kvini qəbul edib.
Təhlükəsizlik Şurasının katibi ABŞ-in yeni təyin olunmuş səfirini bu vəzifəyə başlaması münasibətilə təbrik edib və ona Ermənistan-Amerika münasibətlərinin inkişafı naminə səmərəli fəaliyyət arzulayıb.
Səfir iqtisadiyyat sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər Ermənistan-Amerika ikitərəfli gündəliyinin inkişafı istiqamətində fikir mübadiləsi də aparıblar.