Biz Dağlıq Qarabağ ermənilərinin etnik təmizləməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin bu məsələyə daim diqqət yetirməsinə və obyektiv fəaliyyətinə daha çox önəm veririk. Bunu ER xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqun xarici və Avropa işləri naziri Jan Aselborn ilə keçirdiyi mətbuat konfransında deyib.
“Biz humanitar vəziyyəti qiymətləndirmək üçün Dağlıq Qarabağ və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsini bu istiqamətdə atılan mühüm addımlardan biri hesab edirik.
Beynəlxalq humanitar təşkilatların, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının Dağlıq Qarabağa maneəsiz girişi da vacibdir”, - deyə Ararat Mirzoyan bildirib.
ER XİN rəhbəri yekunlaşdıraraq bildirib ki, Ermənistan həyati əhəmiyyət kəsb edən məsələlərdə, o cümlədən Ermənistanın suveren ərazisinin işğalı, hazırda Dağlıq Qarabağ ətrafında yaranmış humanitar böhran, həmçinin erməni hərbi əsirlərin dərhal azad edilməsi məsələlərində dost Lüksemburqun prinsipial aydın mövüeyini yüksək qiymətləndirir.