Ermənistan Respublikası parlamentinin sədri Alen Simonyan bu gün Koreya Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş səfiri Jan Hocini qəbul edib.
Görüş zamanı Alen Simonyan qeyd edib ki, Şərqi Asiya regionu ölkələri, o cümlədən Koreya ilə əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasət gündəliyində mühüm yer alır.
Parlament formatında iki ölkə arasında münasibətlərdə dostluq qruplarının rolu da vurğulanıb.
Ermənistan və Koreya arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə dair söhbət aparılıb, hər iki tərəf bir sıra sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək arzusunu ifadə edib.
Bu kontekstdə Ermənistan-Koreya münasibətlərində böyük irəliləyişi təmin etməyə imkan yaradacaq Koreya səfirliyinin Ermənistanda açılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Ermənistanın ərazi bütövlüyünə qarşı Azərbaycanın təcavüzündən və Artsax ermənilərinin blokadasından danışan ER parlamentinin sədri Koreyanın Dağlıq Qarabağ məsələsində balanslaşdırılmış mövqeyini qiymətləndirib.