İsveçin Ermənistandakı səfiri Patrik Svenson Aİ-nin Ermənistanda müşahidə missiyasının fəaliyyətə başlamasına toxunaraq, bunu əməkdaşlığın yeni səviyyəsinə keçid kimi qiymətləndirib.
O, missiyanın Yeğegnadzorda fəaliyyətə başlamasında və Yerevanda keçirilən qəbulda iştirak etdiyini bildirib.
“Missiya sabitləşmə, etimadın möhkəmləndirilməsi və nizamlanma səylərini təşviq etmək məqsədi daşıyır. Mən şadam ki, İsveçin və digər tərəfdaşların yerlərdə müşahidəçiləri var”, - deyə səfir yazıb.