Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın keçmiş baş naziri, Havr şəhərinin meri Eduard Filipin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baş nazir Ermənistan-Fransa münasibətlərinin ardıcıl inkişafını və cənab Filippin bu əlaqələrin möhkəmləndirilməsində səylərini vurğulayıb. Nikol Paşinyan Fransanın keçmiş baş nazirinin Ermənistanın Syunik bölgəsinə səfərini yüksək qiymətləndirib.
Eduard Filip qeyd edib ki, o, Qorisdə Laçın dəhlizinin bağlanması ilə əlaqədar Dağlıq Qarabağa gedə bilməyən Artsax erməniləri ilə görüşüb, vəziyyəti yerindəcə dəyərləndirib.
Bu kontekstdə Dağlıq Qarabağda yaradılmış humanitar, ekoloji və enerji böhranının aradan qaldırılması üçün Laçın dəhlizinin açılması istiqamətində beynəlxalq ictimaiyyətin davamlı diqqəti və ardıcıl addımları vurğulanıb.
Görüşdə regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.