Gürcüstan MN Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin (MN) səfərin yekunlarına dair yaydığı məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, diqqət regionda təhlükəsizlik mühitinin və bölgənin dinc və sabit inkişafının vacibliyinə yönəldilib.
Əlavə olunub ki, Giorgi Matiaşvili Azərbaycanın Baş qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə keçirdiyi ikitərəfli görüşdə müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq əlaqələri müzakirə ediblər. Söhbət zamanı beynəlxalq təlimlərdə birgə iştirak və hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub.