ER Baş naziri Nikol Paşinyan bu gün Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyatlar komandanı Stefano Tomat və onun başçılıq etdiyi nümayəndə həyetini, o cümlədən Ermənistandakı yeni monitorinq missiyasının rəhbəri Markus Riteri qəbul edib.
Baş nazir Aİ-nin uzunmüddətli mülki monitorinq missiyasının Ermənistanda yerləşdirilməsi qərarını alqışlayıb və bunun regional sabitliyə və sülhə töhfə verəcəyini vurğulayıb.
Aİ-nin mülki əməliyyatlar komandanı missiyaya göstərilən köməyə görə erməni tərəfinə minnətdarlığını bildirib və Ermənistanda görüləcək işlərə toxunub.
Görüşdə Aİ-nin mülki monitorinq missiyası və əməkdaşlıq gündəliyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.