ER müdafiə nazirinin müavini Arman Sargsyan bu gün Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyatlar komandiri Stefano Tomatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Aİ-nin Ermənistandakı monitorinq missiyasının rəhbəri Markus Riter də nümayəndə heyətinin tərkibində olub.
Görüş zamanı Aİ-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Hər iki tərəf sərhəd sabitliyi və təhlükəsizliyin möhkəmləndirilməsində missiyanın rolunu vurğulayıb.