Hollandiyanın Ermənistandakı səfiri Niko Sxermers Aİ-nin Ermənistanda mülki missiyasının yaradılmasını alqışlayıb.
“Avropa İttifaqının missiyası Ermənistandadır. Qərar Brüsseldə Aİ xarici işlər nazirləri tərəfindən rəsmən təsdiqlənib. Bu gün Ermənistanın Yeğegnadzor şəhərində monitorinq missiyasının əsas qərargahının rəsmi açılışı olub. Hollandiya bu məsələyə öz töhfəsini verməkdən qürur duyur”, - deyə səfir “Twitter” mikrobloqunda yazıb.