ER prezidenti Vahaqn Xaçaturyan Aİ-nin müşahidə missiyasının Ermənistana gəlməsini alqışlayıb.
“Avropa İttifaqının Ermənistan və Azərbaycan sərhəddindəki 100 nəfərlik müşahidə missiyasına xoş gəlmişsiniz. Mən Ermənistanla güclü həmrəylik nümayiş etdirdiklərinə görə Aİ və onun üzv dövlətlərinə dərin minnətdarlığımı bildirirəm.
Missiyanın sərhəd boyu yerləşdirilməsi deeskalasiyada və regionda sabitliyin və sülhün bərqərar olunmasında rol oynamalıdır”, - deyə prezident özünün “Twitter” mikrobloqunda yazıb.