Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Ermənistanın öhdəliklərinin yerinə yetirilməsinin monitorinqinə cavabdeh olan həmməruzəçiləri Finlandiyadan Kimmo Kilyunen, İsveçdən Boriana Oberq, parlamentin vitse-prezidenti Ruben Rubinyan və deputat Vladimir Vardanyan Geğarkunik rayonuna səfər ediblər.
Vardenis bələdiyyəsində 13-14 sentyabr 2022-ci il tarixlərində Azərbaycanın təcavüzü nəticəsində dəymiş ziyanlar həmməruzəçilərə təqdim olunub.
Sonra da dəyən ziyanı və artıq görülən bərpa işlərini müşahidə etmək üçün faktaraşdırıcı qrupu Vardenis sərhədindəki Sotk və Kutakan qəsəbələrində olub.