35 il əvvəl, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağın Muxtar Vilayətinin ali nümayəndəli orqanı küçiriləm növbədənkənar sessiyada muxtar respublika əhalisinin mütləq əksəriyyətinin iradə və arzusunu ifadə edərək regionu, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxması və Ermənistan SSR-ə birləşmək haqqında tarixi qərar qəbul etdi.
Bu barədə Parlamentin bəyanatında qeyd olunur.
“Bu qərar SSRİ-nin konstitusiyasına və beynəlxalq hüququn prinsiplərinə tam uyğun gəlirdi. Fevralın 20-də qəbul edilmiş qərar Dağlıq Qarabağ (Artsax) Respublikasının yaradılmasına və beynəlxalq tanınması prosesini dünya birliyi tərəfindən tanınmış hüquq normalarına uyğun olaraq həyata keçirmək üçün şərait yaratdı.
20 fevral 1988-ci il tarixli təməl qərarından sonra 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar vilayətinin və Şahumyan vilayət şuralarının birgə qəbul etdiyi bəyannamə də həmin il dekabrın 10-da keçirilən ümumxalq səsverməsi yolu ilə beynəlxalq hüquq normalarına uyğun olaraq Dağlıq Qarabağ (Artsax) Respublikasının yaradılması prosesini başa çatdırdı.
35 il ərzində həyata keçirilən hər bir milli proqramın ideoloji əsasını 1988-ci il hadisələri təşkil edirdi.
35 il ərzində biz çox sınaqlardan keçdik. Bu gün də Azərbaycan blokada yolu ilə Artsax ermənilərinin iradəsini qırmağa çalışır.
Mübarizə həyatımızın bütün sahələrinin şüarına çevrilməlidir.
Artsax Respublikasının Parlamenti Artsax xalqının iradə və istəklərini ifadə edərək beynəlxalq strukturları və BMT-nin üzv ölkələri, xüsusilə Minsk Qrupunun həmsədr ölkələrini bəyanat və çağırışlardan başqa, siyasi, iqtisadi, hərbi alətlərlə Azərbaycanın etnik təmizləmə və soyqırımın siyasətinin qarşısını almağa çağırır.
Bütün erməniləri və Artsaxın dostlarını yaddaqalan bayram münasibəti ilə təbrik edərək, biz ümid edirik ki, fevral hərəkəti milli istəklərin həyata keçirilməsi yolunda yeni bir təkan olacaq”, - deyə bəyanatda qeyd olunub.