Artsax XİN Qarabağ hərəkatının, Artsax ermənilərinin milli azadlıq mübarizəsinin 35-ci ildönümü münasibətilə bəyanat yayıb.
“Artsax Respublikası (Dağlıq Qarabağ Respublikası) bu gün Qarabağ hərəkatının hazırkı mərhələsi olan Artsax ermənilərinin milli azadlıq mübarizəsinin 35-ci ildönümünü qeyd edir. Bu, xalqın tarixi ədaləti bərpa etmək, milli özünəməxsusluğu və ləyaqəti qoruyub saxlamaq, öz doğma vətənində azad yaşamaq və inkişaf etmək kimi ayrılmaz hüququnu tam şəkildə həyata keçirmək üçün kollektiv istəyini təcəssüm etdirən mübarizədir. Azərbaycanın onilliklər boyu davam edən ayrı-seçkilik siyasətinə cavab olaraq Artsax xalqı bütün iradəsini topladı və Artsaxın dirçəldilməsi və Ermənistana birləşmə ideyası üçün birləşdi”- deyə bəyanatda vurğulanıb.
Qeyd edilib ki, hətta onilliklər keçsə də, rəsmi Bakının Artsax xalqını məhv etməyə yönəlmiş cinayət siyasəti dəyişməyib. Bunu 2016-cı və 2020-ci illərin hərbi təcavüzləri, Artsax xalqına qarşı davam edən dövlət terroru, üç aya yaxındır davam edən respublikanın nəqliyyat və enerji blokadası sübut edir.
“Ötən 35 il əyani şəkildə göstərdi ki, milli problemlərin həllinin ən mühüm şərti milli birlikdir, Ermənistanın, Artsaxın və diasporun mənəvi qüvvələrinin konsolidasiyasıdır ki, bu da dövrün ən ciddi çağırışları ilə üzləşmək imkanı verir. Tarixi vətəndə milli ləyaqət və öz müqəddəratını sərbəst idarə etmək hüququ uğrunda uzunmüddətli mübarizə, eləcə də demokratik və yaşaya bilən dövlətin yaradılması ilə Artsax xalqı sübut etdi ki, onlar beynəlxalq ictimaiyyət tərəfindən öz müstəqilliklərinin tanınmasına layiqdirlər”- deyə bəyanatda qeyd edilib.