Münhendə ER baş naziri Nikol Paşinyanla ATƏT-in baş katibi Helqa Şmidtin görüşü baş tutub.
Paşinyan Azərbaycan tərəfindən Laçin dəhlizinin qanunsuz bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrana toxunaraq problemin həlli üçün beynəlxalq ictimaiyyətin davamlı və ardıcıl addımlar atmasının vacibliyini vurğulayıb.
Tərəflər Avropa İttifaqının Ermənistandakı mülki missiyasının fəaliyyətinə də toxunublar.
Regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.