Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel Avropa Parlamentinind eputatı Dimitris Ppadakisin Laçin dəhlizinin açılmasına dair suala cavab olaraq qeyd etdi ki, 2022-ci ilin dekabr ayının əvvəlindən Aİ Laçin dəhlizi boyunca və onun ətrafında baş verən hadisələri və onların humanitar təsirini diqqətlə izləyir.
O bildirdi ki, Avropa İttifaqı yerli əhali üçün ciddi problemlər yaradan sərbəst hərəkət və həyati əhəmiyyətli malların tədarükünə davamlı məhdudiyyətlərdən ciddi narahatdır.
Aİ Azərbaycanı 9 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dəhliz boyunca nəqliyyatın azadlığını və təhlükəsizliyini təmin etmək üçün öz yurisdiksiyasında tədbirlər görməyə çağırıb.