Türkiyə Böyük Millət Məclisinin erməni deputatı Karo Paylan Adıyamanda axtarış-xilasetmə əməliyyatı aparan erməni xilasedicilərlə fotoşəklini paylaşıb və qeyd edib:
“Ermənistanın xilasedici dəstəsi Adıyamanda işlərini başa çataraq ölkəyə qayıtdı.
Gecə-gündüz çalışan heyət çox sayda vətəndaşı dağıntılar altından xilas etdi.
Sağ ol..."
Xatırladaq ki, Ermənistandan olan 27 nəfərlik xilasetmə qrupu 9 gün ərzində zəlzələdən zərər çəkmiş Adıyaman şəhərində axtarış-xilasetmə əməliyyatlarında iştirak edib.
Erməni mütəxəssislər həmkarları ilə birgə 3 nəfəri dağıntılar altından çıxara biliblər.