Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu telefon danışığı aparıb və Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün yardımın göstərilməsi məsələsini müzakirə ediblər.
Telefon danışığı zamanı tərəflər regiondakı mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.