ER müdafiə naziri Suren Papikyan bu gün Yaponiyanın ER-dəki fövqəladə və səlahiyyətli səfiri Fukuşima Masanori və Yaponiyanın ER-dəki hərbi attaşesi Yoşida Kensukeni qəbul edib.
Müdafiə naziri Yaponiyanın Milli Günü münasibətilə səfiri və hərbi attaşeni təbrik edib.
Görüş zamanı son regional hadisələrə toxunulub.
Müdafiə sahəsində ikitərəfli əməkdaşlıq imkanları, o cümlədən regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.