Aİ-nin Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyası fevralın 20-də fəaliyyətə başlayacaq.
Daha əvvəl Almaniya Nazirlər Kabinetindən bildirilib ki, Almaniya polisinin 15 əməkdaşı da Avropa İttifaqının (Aİ) Ermənistandakı uzunmüddətli missiyasında iştirak edəcək.
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib ki, Aİ-nin beynəlxalq missiyasına Avropanın müxtəlif ölkələrindən olan 100 polis daxil olacaq.
İki il üçün planlaşdırılan bu missiyanın məqsədi atəşkəs rejiminə nəzarət etmək və Ermənistanla Azərbaycan arasında etimadın möhkəmlənməsinə dəstək verməkdir.
Aİ mandatına əsasən, missiyanın məqsədi həm də sərhəddə yaşayan əhali üçün riskləri azaltmaq və beləliklə, ölkələr arasında münasibətlərin tənzimlənməsinə töhfə verməkdir.