Dünən, Laçın dəhlizinin qanunsuz blokadasının 66-cı günündə Azərbaycan DQ-yə təbii qazın verilişini bərpa etsə də, 2 saatdan sonra yenidən qazın verilişini kəsib. Bu barədə ER Baş naziri Nikol Paşinyan hökumətin iclasının əvvəlində bildirib.
“Keçən dəfə Azərbaycan fevralın 7-də Dağlıq Qarabağa təbii qaz verilişini kəsib, ondan əvvəl isə yanvarın 29-da onu açmışdı.
2023-cü il yanvarın 9-dan Dağlıq Qarabağa elektrik enerjisinin verilməsi də dayandırılır.
Laçın dəhlizinin qeyri-qanuni blokadası nəticəsində DQ-də humanitar böhran başlayıb, enerji blokadası nəticəsində humanitar böhran daha da dərinləşib, eyni zamanda, ekoloji böhran baş verir, çünki DQ əhalisi mənzillərinin qızdırılması və digər məişət ehtiyacları üçün odundan istifadə etməli olur, bunun üçün meşələr kəsilir.
Bu, Laçın dəhlizinin blokadasının arxasında duran ekoloji motivlərin uydurma olduğunun təkzibolunmaz sübutudur. Azərbaycanın hərəkətlərinin bir məqsədi var: Dağlıq Qarabağ ermənilərinin etnik təmizləmə siyasətini başa çatdırmaq", - Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, əgər indiyə qədər beynəlxalq ictimaiyyət erməni tərəfinin bu iddiasına şübhə ilə yanaşırdısa, indi bu, getdikcə daha aydın görünür.