Ankarada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında ER-nin Ermənistanla Türkiyə arasında sərhədləri tam şəkildə açmağa hazır olduğunu bildirib.
“Bugünkü görüşümüz çoxlu insanın həyatına son qoyan fəlakətlə bağlıdır, lakin bu çətin zamanda Türkiyəyə gələrək, mən bir daha ER-nin regionda sülhün bərqərar olmasına, xüsusən də Türkiyə ilə münasibətləri tam tənzimləməyə, diplomatik münasibətlər qurmağa və Ermənistanla Türkiyə arasında sərhədlərin tam açılmasına hazır olduğunu və istəyini bir daha təsdiqləmək istəyirəm”, - deyə Ararat Mirzoyan bildirib.
Nazir Mirzoyan Çavuşoğlu ilə bu məsələ ilə bağlı bəzi detalları müzakirə etdiyini bildirib.
“Sərhəd tam açılana qədər Ani körpüsünün birgə təmiri və müvafiq infrastrukturun bərpası ilə bağlı razılığa gəldik”,-Mirzoyan vurğuladı.