Azərbaycan fevralın 8-də Ermənistandan Artsaxa bağladığı qaz nəqlini qismən bərpa edib. Bu barədə Artsax İnformasiya Qərargahı məlumat yayıb.
Verilən qazın həcminin yetərli olmadığını nəzərə alaraq, hələlik Stepanakert şəhərinin abonentlərinə qaz veriləcək.
Qazın kifayət qədər təzyiqi təmin edildikdən sonra axşam saatlarında paytaxt və rayon mərkəzlərindəki yanacaqdoldurma məntəqələrinə verilişin bərpası nəzərdə tutulur.